Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda əməkdaşların elmi-tədqiqat plan işlərinin yerinə yetirilməsi üzrə illik hesabatlarının elmi şöbələrdə müzakirəsi təşkil olunur.
İnstitutun Aqrar sektorun iqtisadi problemləri şöbəsinin aparıcı elmi işçisi, i.f.d., dosent Rəmzi Abdullayev “Aqrar sahənin dayanıqlı və rəqabətli inkişafında innovativ infrastrukturun rolunun qiymətləndirilməsi” mövzusunda tədqiqat işini şöbənin müzakirəsinə təqdim edib, onun məruzeləsi dinlənilib. Sonra hesabat ətrafında müzakirələr aparılıb, təklif və tövsiyələr verilib.
Şöbənin növbəti iclaslarında digər əməkdaşların hesabatları dinlənilib. Aparıcı elmi işçisi, i.f.d., Vüqar Kərimli “Aqrar sahənin dayanıqlı və rəqabətli inkişafının təmin olunmasında innovativ metodlardan istifadənin qiymətləndirilməsi”, böyük elmi işçi Leyla İsayeva “Aqrar sahənin dayanıqlı və rəqabətli inkişafında innovasiya səviyyəsinin qiymətləndirilməsi” mövzularında hesabatlarını təqdim ediblər. Hesabatlarla bağlı müzakirələr aparılıb.
“Aqrar sektorun iqtisadi problemləri” şöbəsinin müdiri, dosent Famil Rüstəmov “Aqrar sahənin dayanıqlı və rəqabətli inkişafının təmin olunmasında aqroparkların rolunun qiymətləndirilməsi” və dosent Yunus Sadıqov “Aqrar sahənin dayanıqlı və rəqabətli inkişafında aqroemal sektorunun rolunun qiymətləndirilməsi” mövzularında hesabatlarını təqdim ediblər. Hesabatla bağlı maraqlı müzakirələr aparılıb və yekunda hesabatlar qənaətbəxş hesab olunub.





