İyunun 12-də ETN İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasının iclasında Milli Aviasiya Akademiyasının doktorantı Hacıyev Musa Rzaqulu oğlunun 5312.01- “Sahə iqtisadiyyatı” ixtisası üzrə “Azərbaycan Respublikasının beynəlxalq iqtisadi inkişafında hava nəqliyyatının səmərəliliyinin artırılması” mövzusunda iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçirilib.
Professor Rəna Sultanovanın sədrliyi ilə keçirilən iclasda iddiaçı M.Hacıyev dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Rəsmi opponentlərin rəyi dinlənilib. İddiaçı ona ünvanlanmış sualları cavablandırıb. Şuranın üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb. Sonda dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurası tərəfindən təsdiqlənib (economics.org.az).




