Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun əməkdaşlarının, iqtisad üzrə fəlsəfə doktorları – Mahir Zeynalov, Kamran Abdullayev və Asif Mustafayevin (daha iki həmmüəlliflə birgə, Sevda Bədəlova - UNEC və Aynur Babayeva – BDU) elmi məqaləsi Rumıniyanın Scopus elm bazasına daxil olan “Theoretical and Practical Research in the Economic Fields" (İqtisadi sahələrdə nəzəri və praktiki tədqiqatlar) jurnalında (Vol 15, №2(30), 2024) çap edilib.
“Assessment of the current state and prospects for the development of the digital economy of the Republic of Azerbaijan” (Azərbaycan Respublikasının rəqəmsal iqtisadiyyatının müasir vəziyyətinin və inkişaf perspektivlərinin qiymətləndirilməsi”) adlı məqalə dünyanın nüfuzlu Scopus elmi bazasında indeksləşdirilib.
Məqalədə rəqəmsal iqtisadiyyat sahəsində mövcud aktual məsələlər, bu sahədə mövcud beynəlxalq təcrübə, problemlər, onların həll istiqamətləri və s. məsələlər tədqiq olunmuşdur.





