İyunun 25-də Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunda İnklüziv sosial inkişaf, Monetar və fiskal tənzimləmə problemləri və İqtisadi tədqiqatların riyazi təminatı şöbələrinin birgə iclasında Təhməzli Aygün Nazim qızının 5308.01 - “Ümumi iqtisadiyyat” ixtisası ilə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycan Respublikasında dövlət sosial xərclərinin iqtisadi səmərəliliyinin qiymətləndirilməsi və artırılması yolları” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir.
İqtisadi tədqiqatların riyazi təminatı şöbəsinin müdiri, dos. Rəvanə Əsədovanın sədrliyi ilə keçirilən iclasda iddiaçı A.Təhməzli dissertasiya işinin əsas məzmunu ətrafında təqdimatla çıxış edib. Sonra iş üzrə təyin olunmuş rəyçilərin rəyi dinlənilib. İddiaçı rəyçilərin və seminar üzvlərinin ona ünvanlanmış suallarını cavablandırıb, müzakirələr aparılıb. Sonda dissertasiya işi səsvermə yolu ilə növbəti müzakirə mərhələsinə tövsiyə olunub (economics.org.az).





