10-14 iyun 2024-cü il tarixlərində Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun İnklüziv sosial inkişaf şöbəsində elmi-tədqiqat işlərinin 6 aylıq hesabatları müzakirə olunub.
Şöbə müdiri, i.e.d. Rəsmiyyə Abdullayeva müzakirələrin keçirilməsinin əhəmiyyətindən danışaraq qeyd edib ki, şöbənin hər bir elmi əməkdaşının apardığı tədqiqatla bağlı məruzəsi dinləniləcək. Aparıcı elmi işçi, i.f.d Jalə Əliyeva “Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin həyat keyfiyyətinin qiymətləndirilməsi”, böyük elmi işçi Vəfa Həşimova “Pensiya sisteminin dayanıqlığının təmin edilməsinin dünya təcrübəsi”, böyük elmi işçi Amaliya Allahverdiyeva “Azərbaycan Respublikasında sosial yardım sisteminin mövcud vəziyyətinin qiymətləndirilməsi”, elmi işçi Aygün Təhməzli “Azərbaycan Respublikasında dövlətin sosial xərclərinin mövcud vəziyyətinin təhlili” adlı məruzə ilə çıxış ediblər, apardıqları tədqiqatlarla bağlı məlumatlar veriblər.
Sonra suallar cavablandırılıb, maraqlı elmi diskussiya aparılıb.





