3-4 may 2024-cü il tarixlərində Mingəçevir Dövlət Universitetində keçirilmiş, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Heydər Əliyev müasir Azərbaycanın xilaskarı və qurucusudur” mövzusunda respublika elmi konfransının materialları çap olunub.
Elmi konfransa 33 universitet və elmi-tədqiqat müəssisəsindən əsərlər daxil olub. Kitabda mövzu ilə bağlı 230-dan çox tezis və məqalə nəşr edilib.
Konfrans materiallarında Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya” şöbəsinin əməkdaşları – baş elmi işçi, i.e.d. Sevda Mikayılovanın “Davamlı iqtisadi inkişaf və onun həlli istiqamətləri”, aparıcı elmi işçi, i.f.d. Gülnarə Fətəliyevanın “Azərbaycanda ev təsərrüfatlarının İKT-dən istifadə imkanlarının tədqiqi” adlı elmi məqalələri də yer alıb (economics.org.az).
Konfransın materialları ilə aşağıdakı linkə keçid etməklə tanış olmaq olar:
“Heydər Əliyev müasir Azərbaycanın xilaskarı və qurucusudur”





