Mayın 29-da Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Həmkarlar Təşkilatı (HT) Komitəsinin iclası keçirilib.
Həmkarlar Təşkilatının sədri, dos. Pərviz Həsənovun sədrliyi ilə baş tutan iclasda təşkilati məsələlər, o cümlədən yay aylarında mədəni-kütləvi tədbirlərin təşkili, maddi yardımlarla bağlı müraciətlər, əməkdaşların müalicə məqsədi ilə sanatoriyalara yollayışları ilə bağlı məsələlər müzakirə olunub. İyun ayında əməkdaşların öz arzularına və seçimlərinə uyğun olaraq Həmkarlar Təşkilatının maddi dəstəyi ilə Şuşaya 1 günlük səfərinin, habelə digər rayonlara turların təşkil edilmsəi barədə qərar qəbul olunub. Turlarda iştirak etmək arzusunda olanlar Həmkarlar Təşkilatı Komitəsinə müraciət edə bilərlər (economics.org.az).





