Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Abdullayeva Bakı Biznes Universitetində “Şəhərsalma və memarlqı ilin”ə həsr olunmuş “Şəhərsalma və memarlığın strateji inkişaf perspektivləri: idarəetmə mexanizmləri və iqtisadi dayanıqlıq” beynəlxalq elmi-praktik konfransda iştirak edib.
R.Abdullayeva konfransda “İnklüziv şəhər mühitinin əhalinin həyat keyfiyyətinə təsiri” mövzusunda məruzə ilə çıxış edib.
Beynəlxalq konfransa azərbaycanlı alimlərlə yanaşı, Moldova, Özbəkistan və Ukraynadan olan tədqiqatçılar da qatılıblar.




