Mayın 24-də ETN İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasının iclası keçirilib.
Şuranın sədri, i.e.d., professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən iclasda Azərbaycan Turizm və Menecment Universitetinin doktorantı Vasif Balakişi oğlu Əhədovun 5308.01 – «Ümumi iqtisadiyyat» ixtisası üzrə “Azərbaycan Respublikasında sahibkarlığın inkişafında institusional tənzimlənmənin təkmilləşdirilməsi” mövzusunda, iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsi aparılmışdır.
İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Sevda Seyidova məlumat verdikdən sonra V.Əhədov dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Rəsmi opponentlərin rəyi dinlənilib. İddiaçı ona ünvanlanmış sualları cavablandırıb. Şuranın üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb.
Sonda V.Əhədovun iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurası tərəfindən təsdiqlənib (economics.org.az).





