3-4 may 2024-cü il tarixlərində Gəncə Dövlət Universitetində keçirilmiş, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş ,,Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mözsunda beynalxalq elmi konfransın materialları çap olunub. Elmi konfrans müasir kimya, biologiya, fizika və iqtisad elmlərinin aktual problemlərinə həsr edilib. Mövzu ilə bağlı 7 ölkədən daxil olan 700-dən çox məqalə 5 cilddə kitabda nəşr olunub.
Konfrans materiallarında Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun aparıcı elmi işçiləri – i.f.d., dosent Mahir Zeynalovun “Sahibkarliq fəaliyyətinin dövlətin güzəştli kreditləri hesabina maliyyələşdirilməsi problemləri”, i.f.d. Gülnarə Fətəliyevanın “Rəqəmsal iqtisadiyyatin iqtisadi inkişafda rolu” və i.f.d., dos. Mətanət Abdalovanın “Проблемы классификации и статуса городов Азербайджанской Республики” adlı elmi məqalələri də yer alıb (economics.org.az).





