Aprelin 26-da İqtisadiyyat İnstitutunda 5312.01 – “ Sahə iqtisadiyyatı” ixtisası üzrə elmi seminar keçirilmişdir.
Seminarda iddiaçı Səlimov Hikmət Firdovsi oğlunun iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Lənkəran iqtisadi rayonunun aqrar-emal müəssisələrində marketinq fəaliyyətinin formalaşdırılması” mövzusunda dissertasiya işinin müzakirəsi aparılmışdır.
Professor Ramiz İsgəndərovun sədrliyi ilə baş tutan iclasda iddiaçı barədə Elmi Seminarın katibi, i.f.d. Famil Rüstəmov məlumat verib. H.Səlimov dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Sonra iş üzrə təyin olunmuş rəyçilərin rəyi dinlənilib. İddiaçı rəyçilərin və seminar üzvlərinin ona ünvanlanmış suallarını cavablandırıb. Seminar üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb. Sonda dissertasiya işi gizli səsvermə yolu ilə müdafiə mərhələsinə tövsiyə olunub (economics.org.az).





