Aprelin 26-da Lənkəran Dövlət Universiteti (LDU) və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Yaşıl” iqtisadiyyat və davamlı inkişaf” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransı giriş sözü ilə Lənkəran Dövlət Universitetinin rektorunun müşaviri, prof. Mikayıl Məhərrəmov açıb. Məruzələr dinlənilib, müzakirələr aparılıb. LDU ilə yanaşı ölkənin digər ali təhsil ocaqlarının da professor-müəllim heyəti, gənc tədqiqatçıları mövzu ilə bağlı tezislərlə çıxış ediblər.
Konfransda Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Post-konflikt ərazilərin bərpası Elmi Mərkəzinin əməksaşları - aparıcı elmi işçi, i.f.d. Firdovsi Şahbazov “Azərbaycanda yaşıl iqtisadiyyata keçidin normativ hüquqi bazası”, böyük elmi işçi Səbinə Əsədova “Yaşıl iqtısadiyyatın inkişafı naminə aqrar sektorun rəqəmsallaşdırılması” və kiçik elmi işçi Nigar Namiq “Yaşıl iqtisadiyyat şəraitində turizmin inkişaf perspektivləri” adlı məruzələrlə çıxış ediblər. İqtisadiyyat İnstitutunun hər üç əməkdaşı konfransda fəal iştirak etdiklərinə görə sertifikatla təltif olunublar (economics.org.az).





