Aprelin 16-da Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda 5311.01 – “Müəssisələrin təşkili və idarə olunması” ixtisası üzrə Elmi Seminar keçirilmişdir.
Seminarda Azərbaycan Texnologiya Universitetinin doktorantı Asiman Rasim oğlu İlyasovun iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Azərbaycanın ali təhsil müəssisələrində əmək bazarının tələblərinə uyğun kadr hazırlığının keyfiyyət təminatı problemləri” mövzusunda dissertasiya işinin müzakirəsi aparılmışdır.
İqtisad elmləri doktoru Aqil Əsədovun sədrliyi ilə baş tutan iclasda iddiaçı barədə Elmi Seminarın katibi, dosent Tariyel Qurbanov məlumat verib. A.İlyasov dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Sonra iş üzrə təyin olunmuş rəyçilərin rəyi dinlənilib. İddiaçı rəyçilərin və seminar üzvlərinin ona ünvanlanmış suallarını cavablandırıb. Seminar üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb. Sonda dissertasiya işi gizli səsvermə yolu ilə müdafiə mərhələsinə tövsiyə olunub (economics.org.az)





