Aprelin 15-də ETN İqtisadiyyat İnstitutunda 5307.01 - “İqtisadi nəzəriyyə” ixtisası üzrə Elmi Seminar keçirilmişdir.
Seminarda iddiaçı Aşırov Ceyhun Qurban oğlunun iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycanda rekreasiya resursları bazarının genişləndirilməsi istiqamətləri” mövzusunda dissertasiya işinin müzakirəsi aparılmışdır.
Professor Fuad Qənbərovun sədrliyi ilə baş tutan iclasda iddiaçı barədə Elmi Seminarın katibi, dosent Asif Mustafatev məlumat verib. C.Aşırov dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Sonra iş üzrə təyin olunmuş rəyçilərin rəyi dinlənilib. İddiaçı rəyçilərin və seminar üzvlərinin ona ünvanlanmış suallarını cavablandırıb. Seminar üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb. Sonda dissertasiya işi gizli səsvermə yolu ilə müdafiə mərhələsinə tövsiyə olunub (economics.org.az)





