Aprelin 9-da Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Həmkarlar Təşkilatı (HT) Komitəsinin iclası keçirilib.
Həmkarlar Təşkilatının sədri, dos. Pərviz Həsənovun sədrliyi ilə baş tutan iclasda təşkilati məsələlər, o cümlədən yay aylarında mədəni-kütləvi tədbirlərin təşkili, yubiley yaşında olan əməkdaşların ad günlərinin qeyd olunması məsələləri müzakirə olunub.
Həmkarlar Təşkilatı İnstitutun kollektivini Ramazan Bayramı münasibəti ilə təbrik edir. Bu əziz gündə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayırıq. Allah orucunuzu qəbul etsin!
Ramazan bayramınız mübarək! (economics.org.az).





