ÖLKƏVİ NƏTİCƏLƏR
Qeyd olunduğu kimi İqtisadiyyatın solluğu (sağlığı) indeksi (İnteqral indeks) əvvəlki ildən fərqli olaraq iki variantda deyil bir variantda hesablanır. Bu hesablamada Sosial xərclər sub-indeksi nəzərə alınmır, amma Dövlət maliyyəsi sub-indeksinə daha böyük xüsusi çəki verilir.
İS(S)İi = 0,30*DMi + 0,14*QTi + 0,14*XTi +
+ 0,14*Li + 0,14*MTi + 0,14*MƏHi
Cari hesabatdakı təhlillər İS(S)İ-nin yuxarıda qeyd olunan variantı əsasında aparılmışdır.
İS(S)İ üzrə cədvəllərdə ölkələr sağdan sola, yəni dövlət tənzimləməsinin az olduğu ölkələrdən daha sərt olduğu ölkələrə doğru düzülmüşdür. Cədvəlləri aşağıdan yuxarıya “oxuduqda” ölkələr soldan sağa düzülmüş olur. İnkişaf etmiş ölkələr rəng fonunda kursivlə verilmişdir.
# # #
Cədvəl 1. İqtisadiyyatın solluğu (sağlığı) indeksi
(2015-ci il)
|
Ölkə |
İS(S)İ |
Ölkə |
İS(S)İ |
|
|
Sinqapur |
0.066 |
Monteneqro |
0.382 |
|
|
Gürcüstan |
0.157 |
Finlandiya |
0.389 |
|
|
Birləşmiş Ərəb Əmirlikləri |
0.158 |
Macarıstan |
0.400 |
|
|
İsveçrə |
0.190 |
İndoneziya |
0.405 |
|
|
Danimarka |
0.226 |
Rumıniya |
0.406 |
|
|
Makedoniya |
0.244 |
Bosniya-Hers. |
0.417 |
|
|
Qazaxıstan |
0.267 |
Malta |
0.417 |
|
|
Ermənistan |
0.269 |
Meksika |
0.417 |
|
|
Yeni Zelandiya |
0.276 |
Niderland |
0.427 |
|
|
Kanada |
0.283 |
Türkiyə |
0.429 |
|
|
İrlandiya |
0.292 |
Almaniya |
0.431 |
|
|
Malayziya |
0.293 |
Avstriya |
0.433 |
|
|
ABŞ |
0.298 |
Slovakiya |
0.442 |
|
|
Qırğızıstan |
0.310 |
İtaliya |
0.442 |
|
|
Litva |
0.315 |
Polşa |
0.444 |
|
|
Bolqarıstan |
0.321 |
Tunis |
0.451 |
|
|
Kipr |
0.325 |
Portuqaliya |
0.453 |
|
|
İsrail |
0.328 |
Xorvatiya |
0.455 |
|
|
Böyük Britaniya |
0.334 |
Sloveniya |
0.456 |
|
|
Latviya |
0.338 |
Çin |
0.467 |
|
|
Norveç |
0.342 |
İspaniya |
0.470 |
|
|
Lüksemburq |
0.348 |
Moldova |
0.475 |
|
|
Azərbaycan |
0.349 |
Rusiya |
0.479 |
|
|
Çexiya Respublikası |
0.350 |
Yunanıstan |
0.496 |
|
|
Albaniya |
0.358 |
Misir |
0.522 |
|
|
Tailand |
0.359 |
Braziliya |
0.539 |
|
|
İsveç |
0.365 |
Ukrayna |
0.552 |
|
|
Estoniya |
0.375 |
İran İslam Respublikası |
0.558 |
|
|
Yaponiya |
0.378 |
Serbiya |
0.564 |
|
|
Cənubi Afrika Respublikası |
0.379 |
Hindistan |
0.564 |
|
|
Avstraliya |
0.380 |
Fransa |
0.602 |
Şkala 1. İqtisadiyyatın solluğu (sağlığı) indeksi
(2015-ci il)
|
İqtisadiyyatın solluğu |
|
Nisbi mərkəz (0,382) |
|
İqtisadiyyatın sağlığı
|
Nəticələrdən göründüyü kimi ölkələr qarışıq sıralanır və istənilən ölkələrin bir-biri ilə müqayisəsi nəzəri xəta törətmir. Ən sağçı iqtisadiyyat yenə də Sinqapurun iqtisadiyyatıdır. Gürcüstan, BƏƏ, İsveçrə və Danimarka iqtisadiyyatı sağ qütbə ən yaxın digər 4 ölkədir. Ən solçu iqtisadiyyat Fransanınkıdır. Onun ardınca iqtisadiyyatı sol qütbə ən yaxın ölkələr Hindistan, Serbiya, İran və Ukrayna gəlir.
İndeks qiyməti 0.349 olan Azərbaycan sağdan sola sıralamada 62 ölkə arasında 23-cü sırada, nisbi mərkəzdən (0.382) sağda yerləşir.
# # #
İqtisadiyyatın solluğu (sağlığı) indeksi son 20 ildə dünya iqtisadiyyatında baş vermiş ən fundamental dəyişikliklərdən birini üzə çıxarır. “Sosializmdən çıxmış” yeni dövlətlər, bu müddət ərzində, bazar iqtisadiyyatının çoxdan oturuşduğu zəngin ölkələrə nisbətən daha sağçı iqtisadiyyat qurmuşlar. Cəmi 25 il bundan əvvəl ifrat solçu iqtisadiyyata malik olan Azərbaycan indi Fransaya, İtaliyaya, Avstraliyaya və bir çox başqa “köhnə” bazar iqtisadiyyatı ölkələrinə nisbətən daha liberal iqtisadiyyata sahibdir.
1990-cı illərin əvvəllərinə qədər ifrat solçu iqtisadiyyata malik olan ölkələrdə o vaxtdan bəri aparılmış iqtisadi islahatlar həm mahiyyətcə, həm də intensivliyə (sürətə) görə fərqlənmişdir. İS(S)İ bu islahatların nəticələrini müqayisəli şəkildə qiymətləndirməyə imkan verir. Hər üçü liberal iqtisadi islahatları dövlət siyasətinin əsas prioritetləri sırasına aid etsə də, Azərbaycan Serbiyaya nisbətən daha sağçı iqtisadiyyat qurmağa nail olmuş, amma dövlətin iqtisadiyyata müdaxiləsini Gürcüstana nisbətən daha yüksək səviyyədə saxlamışdır. Dövlət üçün bunun hansının daha səmərəli olduğu haqqında hökm vermək üçün İndeksin optimal qiyməti problemini araşdırmaq lazımdır.





