AMEA Gənc Alim və Mütəxəssislərinin III Futbol Çempionatının növbəti qrup oyunları keçirilib
Aprelin 29-da AMEA Gənc Alimlər Şurasının təşkilatçılığı, bu qurumun İşlər İdarəsi və Azad Həmkarlar İttifaqının dəstəyilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş Gənc Alim və Mütəxəssislərin III Futbol Çempionatının növbəti oyunları keçirilib. AMEA İqtisadiyyat İnstitutunun futbol komandası AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun komandası ilə qarşılaşıb. Komandamız bu dəfə kimyaçılara böyük hesabla - 9:3 qalib gəlib.
Xatırladaq ki, çempionata uğurla başlayan AMEA İqtisadiyyat İnstitutunun komandası ilk oyunda AMEA Arxelogiya və Etnoqrafiya İnstitutunun komandasına böyük hesabla – 6:1 qalib gəlmişdilər. Komandamızın üzvləri – i.f.d. Rəmzi Abdullayev, i.f.d. Ramil Məhəmmədəli oğlu Əliyev, i.f.d. Ramil Teyyub oğlu Əliyev, i.f.d. Asif Mustafayev, elmi işçi Tural Məmmədov, kiçik elmi işçi Ceyhun Hüseynov, böyük laborant Taleh Soltanov, böyük laborant Kənan Salayevdir. Növbəti oyunlarda da komandamıza qələbə arzulayırıq! (economics.com.az)





