AMEA Gənc Alim və Mütəxəssislərinin III Futbol Çempionatının qrup oyunlarına start verilib
Aprelin 25-də AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı, bu qurumun İşlər İdarəsi və Azad Həmkarlar İttifaqının dəstəyilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş Gənc Alim və Mütəxəssislərin III Futbol Çempionatına start verilib. AFFA-nın peşəkar hakimləri tərəfindən idarə olunan oyunlarda AMEA-nın elmi-tədqiqat müəssisələrinin 16 komandası iştirak edir.
Çempionata uğurla başlayan AMEA İqtisadiyyat İnstitutunun komandası ilk oyunda AMEA Arxelogiya və Etnoqrafiya İnstitutunun komandasına böyük hesabla – 6:1 qalib gəliblər. Bu oyunda qələbə sevinci yaşayan komandamızın üzvləri – i.f.d. Rəmzi Abdullayev, i.f.d. Ramil Məhəmmədəli oğlu Əliyev, i.f.d. Ramil Teyyub oğlu Əliyev, elmi işçi Tural Məmmədov, kiçik elmi işçi Ceyhun Hüseynov, böyük laborant Taleh Soltanov, böyük laborant Kənan Salayevdir. Növbəti oyun aprelin 29-da keçiriləcək və komandamıza həmin oyunda da qələbə arzulayırıq! (economics.com.az)





