23 oktyabr 2026-cı il tarixində İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti və Paata Ququşvili adına İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə Gürcüstan Milli Elmlər Akademiyasının yaradılmasının 85 illiyinə həsr olunmuş "Qlobal və milli iqtisadiyyatların mövcud vəziyyəti və çətinlikləri" adlı beynəlxalq elmi konfrans keçiriləcək.
Konfransın keçiriləcəyi yer:
Tbilisi, İ. Çavçavadze prospekti № 1, 1-ci bina, Tbilisi Dövlət Universiteti
Konfrans mövzuları:
1. Qlobal İqtisadi Çətinliklər;
2. Avropa Birliyi və üzv dövlətlərin iqtisadiyyatlarının üzləşdiyi mövcud çətinliklər;
3. Gürcüstanda iqtisadi inkişaf çətinlikləri;
4. Gürcüstanın qonşu ölkələrində mövcud iqtisadi proseslər;
5. Qlobal və milli səviyyələrdə makro, mikro və sahəvi iqtisadi məsələlər.
Daha ətraflı məlumatla aşağıdakı linki yükləməklə tanış ola bilərsiniz:
http://www.conferenceconomics.tsu.ge/?mcat=1&cat=nomer&leng=rus





