16-17 noyabr 2023-cü ildə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və ETN İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilmiş “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfransın materialları çap olunmuşdur.
Beynəlxalq nəqliyyat-logistika dəhlizləri: Zəngilandan inkişaf impulsları” adlı topluda beynəlxalq nəqliyyat-logistika dəhlizlərinin regional iqtisadi inkişafda, tranzit potensialının genişləndirilməsində və post-konflikt ərazilərin bərpasında rolu kompleks şəkildə araşdırılmışdır. Topluya daxil edilmiş məruzə və tezislərdə Orta Dəhliz və Zəngəzur dəhlizinin geoiqtisadi əhəmiyyəti, nəqliyyat infrastrukturunun inkişafı, rəqəmsallaşma, gömrük və logistika sistemlərinin təkmilləşdirilməsi, investisiya imkanları, regional inteqrasiya və dayanıqlı inkişaf məsələləri elmi-praktik aspektdə təhlil olunmuşdur. Nəşrdə Azərbaycanla yanaşı müxtəlif ölkələrdən alimlərin, ekspertlərin və dövlət nümayəndələrinin baxışları təqdim edilmişdir.
Toplunun elektron variantı
“Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları”





