Rəsmi kargüzarlıq qaydalarına riayət olunması və vahid yanaşmanın təmin edilməsi elm, ali və orta ixtisas təhsili müəssisələrinin fəaliyyətində mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olan məlumata əsasən ingilis dilində “Azərbaycan” adının düzgün tələffüz forması, eləcə də “Qarabağ” adının yazılış forması ilə bağlı müvafiq arayış hazırlanmışdır. Sözügedən məlumatın müəssisələrdə aparılan rəsmi yazışmalarda, beynəlxalq sənədlərdə, təqdimat və kommunikasiya materiallarında, habelə digər müvafiq fəaliyyət istiqamətlərində nəzərə alınması məqsədilə aşağıdakı sənəddə ətraflı təqdim olunur.
“Azərbaycan”, “Qarabağ” adlarının ingilis dilində tələffüz və yazılış forması





