Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunda elmi seminar keçirilib. Professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən tədbirdə İnstitutun doktorantı Səftər Vəlizadə apardığı elmi tədqiqatlar əsasında “Ermənistanın iqtisadiyyatı: tarixi baxış, müasir meyillər və gələcək senarilər” mövzusunda geniş təqdimatla çıxış edib.
Seminarda institutun əmkdaşları ilə yanaşı, dövlət qurumlarının, o cümlədən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin, İqtisadiyyat Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, QHT-lərin, Türk Dünyası İqtisadi Araşdırma Mərkəzinin, Multikulturalizm Mərkəzinin, Əmək Bazarı Monitorinq Mərkəzinin, Qərbi Azərbaycan İcmasının nümayəndələri iştirak ediblər. Habelə ölkənin aparıcı ali təhsil müəssisələrinin – Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Bakı Biznes Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Bakı Dövlət Universiteti, "Xəzər" Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, AHİK Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşları qatılıblar.
Təqdimatdan sonra mövzu üzrə, xüsusən də Ermənistan iqtisadiyyatında baş verən proseslərlə bağlı geniş müzakirələr aparılıb, suallar cavablandırılıb. Auditorlar Palatasının sədri, prof. Vahid Novruzov, İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri, prof. Şahin Sadıqov, Qərbi Azərbaycan İcması Qəyyumlar Şurasının, Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri Mürvət Həsənli, Bakı Dövlət Universitetinin kafedra müdiri, prof. Vahid Abbasov, Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Davamlı inkişaf mavi texnologiyalar Mərkəzinin direktoru, prof. Mehman Axundov, ETN İqtisadiyyat İnstitutunun şöbə müdiri, prof. Fuad Qənbərov, İnstitutun aparıcı elmi işçisi Tanrıverdi Paşa və digər çıxış edənlər bu sahədə aparılan elmi araşdırmaların əhəmiyyətini və tədqiqatların davamlı olmasının vacibliyini vurğulayıblar.





