Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun, professor Gülşən Yüzbaşıyevanın rəhbərliyi ilə “İqtisadi siyasətin nəzəri əsasları” şöbəsinin əməkdaşlarının “Dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi artımın təmin olunmasının tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi” adlı kollektiv monoqrafiyası nəşr olunub.
İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı əsasında çap edilən kitabın elmi redaktoru i.e.d., professor İ.A.Kərimli, rəyçiləri i.e.d., prof. H.B.Rüstəmbəyli və i.f.d., dosent A.A.Quliyevdir.
Kollektiv monoqrafiya ilk növbədə iqtisadi nəzəriyyə və iqtisadi siyasət sahəsində elmi tədqiqat aparan alimlər üçün faydalıdır. Monoqrafiyada dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi artımın tənzimlənmə mexanizmlərinin təhlili aparıldığı üçün doktorantlar və dissertantlar mövzu üzrə nəzəri baza kimi ondan geniş istifadə edə bilərlər. Ali təhsil müəssisələrində iqtisadiyyat, menecment və dövlət idarəçiliyi ixtisasları üzrə təhsil alan magistr və bakalavr tələbələri üçün monoqrafiya əlavə dərs vəsaiti funksiyasını yerinə yetirir. Eyni zamanda, iqtisadi siyasətin formalaşdırılmasında iştirak edən dövlət qurumlarının əməkdaşları üçün bu əsər analitik və metodoloji baxımdan əhəmiyyətlidir. Monoqrafiyada təqdim olunan tənzimləmə mexanizmləri dövlət proqramlarının və strateji sənədlərin hazırlanmasında istifadə oluna bilər. Milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması ilə məşğul olan ekspertlər və analitik mərkəzlər üçün monoqrafiya dəyərli mənbədir.
Kitabın elektron variantı - "Dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi artımın təmin olunmasının tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi”





