Dekabrın 26-da ETN İqtisadiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) növbəti toplantısı keçirilib. Şuranın sədri, i.f.d Elnur Zeynalovun rəhbərliyi ilə keçirilən toplantıda gənc tədqiqatçıların elmi fəaliyyəti ilə bağlı bir sıra məsələlər müzakirə edilib.
İclasda şura üzvləri ilə bərabər İnstitutun baş direktoru, prof. Nazim Müzəffərli, elmi katib, dos. Leyli Allahverdiyeva və "İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya" şöbəsinin müdiri, dos. Allahyar Muradov iştirak ediblər.
İnstitutun “Xidmət sferasının iqtisadiyyatı” şöbəsinin elmi işçisi İlqar Sadıqov “Azərbaycanda elektrik enerjisi qiymətinin optimallaşdırılması” mövzusunda apardığı tədqiqat işi ilə bağlı təqdimatla çıxış edib. Sonra suallar cavablandırılıb, maraqlı müzakirələr aparılıb.





