Noyabrın 27-də İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. Baş direktor, professor Nazim Müzəffərlinin sədrliyi ilə baş tutan iclasda İnstitutun elmi şöbələrinin illik hesabatlarının dinlənilməsi davam etdirilib.
Elmi Şurada “Biznes mühitinin tənzimlənməsi və sahibkarlığın inkişafı” şöbəsinin müdiri, professor Tərbiz Əliyev "Azərbaycanda biznes mühitinin və sahibkarlığın inkişafının iqtisadi mexanizmlərinin təkmilləşdirilməsi ", “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, professor Rəsmiyyə Abdullayeva “Azərbaycan Respublikasında inklüziv sosial inkişafın dövlət tənzimlənməsinin təkmilləşdirilməsi” mövzularında apardıqları tədqiqatların əsas elmi nəticələrini təqdim ediblər.
Elmi Şurada hər bir şöbənin hesabatı və tədqiqatlarının nəticələri geniş müzakirə edilib, təklif və tövsiyələr səsləndirilib, suallar cavablandırılıb (economics.org.az)





