Noyabrın 25-də İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. Baş direktor, professor Nazim Müzəffərlinin sədrliyi ilə baş tutan iclasda İnstitutun elmi şöbələrinin illik hesabatlarının dinlənilməsi davam etdirilib.
Elmi Şurada “Sənaye siyasəti və investisiya problemləri” şöbəsinin müdiri, professor Tofiq Hüseynov "Emal sənayesinin investisiya təminatının yaxşılaşdırılması və rəqabətqabiliyyətli inkişafının tənzimlənməsi istiqamətləri", “Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri" şöbəsinin müdiri, professor Rəna Sultanova “Azərbaycan regionlarında təbii sərvətlərdən istifadənin səmərəliliyinin yüksəldilməsi və ekoloji tarazlığın tənzimlənməsinin təkmilləşdirilməsi”, “İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya” şöbəsinin müdiri, i.f.d., dos. Allahyar Muradov "Azərbaycanda innovativ inkişaf və iqtisadiyyatın rəqəmsal mühitə transformasiyanın tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi istiqamətləri" və “Monetar və fiskal tənzimləmə problemləri” şöbəsinin müdiri, i.e.d., dos. Yaşar Məmmədov "Maliyyə bazarı və vergi sisteminin rəqabətqabiliyyətli iqtisadiyyat quruculuğuna təsirinin gücləndirilməsi" mövzularında apardıqları tədqiqatların əsas elmi nəticələrini təqdim ediblər.
Elmi Şurada hər bir şöbənin hesabatı və tədqiqatlarının nəticələri geniş müzakirə edilib, təklif və tövsiyələr səsləndirilib, suallar cavablandırılıb (economics.org.az)





