Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, i.e.d., professor Rəsmiyyə Abdullayeva Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə” fakültəsinin müəllim və tələbə heyəti üçün “Sosial sahibkarlıq: Yoxsulluğun azaldılması üçün müasir yanaşmalar” mövzusunda Zoom platforması üzərindən təlim keçib.
Təlimdə R.Abdullayeva dünyada və Azərbaycanda yoxsulluğun miqyası, onun azaldılmasında sosial sahibkarlığın rolu haqqında ətraflı məlumat verib, sualları cavablandırıb. Təlimin sonunda “Bələdiyyə və turizm” kafedrasının müdiri f.f.d. Flora Heydərova təlimçiyə maraqlı təqdimat üçün müəllim və tələbələr adından təşəkkürünü bildirib.





