Noyabrın 21-də ETN İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasının iclasında Azərbaycan Turizm və Menecment Universitetinin dissertantı Baxışova Şahnaz Natiq qızının 5311.01 – “Müəssisələrin təşkili və idarə olunması” ixtisası üzrə “Bakı şəhəri otellərində xidmətlərin səmərəli təşkili və idarə olunması” mövzusunda iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçirilib.
Professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən iclasda iddiaçı Ş.Baxışova dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Rəsmi opponentlərin rəyi dinlənilib. İddiaçı ona ünvanlanmış sualları cavablandırıb. Şuranın üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb. Sonda dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurası tərəfindən təsdiqlənib (economics.org.az).





