Oktyabrın 24-də ETN İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasının iclasında Azərbaycan Texnologiya Universitetinin doktorantı Həsənov Babək Mikayıl oğlunun 5311.01 – “Müəssisələrin təşkili və idarə edilməsi” ixtisası üzrə “Yüngül sənaye müəssisələrində keyfiyyətin idarə edilməsinin təkmilləşdirilməsi” mövzusunda iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçirilib.
Professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən iclasda iddiaçı B.Həsənov dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Rəsmi opponentlərin rəyi dinlənilib. İddiaçı ona ünvanlanmış sualları cavablandırıb. Şuranın üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb. Sonda dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurası tərəfindən təsdiqlənib (economics.org.az).





