Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda əməkdaşların elmi-tədqiqat plan işlərinin yerinə yetirilməsi üzrə illik hesabatların elmi şöbələrdə müzakirəsi aparılır. Oktyabrın 23-də İnstitutun “Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri” şöbəsində 2025-ci ildə həyata keçirilən elmi-tədqiqat plan işlərinin nəticələrinə dair hesabat iclası keçirilmişdir.
Şöbə müdiri, i.e.d., professor Rəna Sultanovanın sədrliyi ilə keçirilən iclasda elmi əməkdaşların illik hesabatları dinlənilmiş və nəticələr müzakirə edilmişdir.
Şöbənin ümumi tədqiqat mövzusu iki istiqamətlidir:
1.Azərbaycan regionlarında təbii sərvətlərdən istifadənin səmərəliliyinin yüksəldilməsi və ekoloji tarazlığın tənzimlənməsinin təkmilləşdirilməsi;
2.Azərbaycan regionlarının tarazlı sosial-iqtisadi inkişafının tənzimlənməsinin təkmilləşdirilməsi.
Şöbənin əməkdaşları i.e.d., AMEA-nın müxbir üzvü Ə.X. Nuriyev “Azərbaycanda regional iqtisadiyyatın strukturunun tarazlı sosial-iqtisadi inkişafda təkmilləşdirilməsi”, i.f.d., a.e.i. M.R. Əyyubov “Azərbaycan regionlarında mineral xammal və alternativ enerji ehtiyatlarından istifadənin səmərəliliyinin artırılması”, i.f.d., a.e.i. N.V. Əhmədov “Azərbaycan regionlarında neft və qaz ehtiyatlarından istifadənin səmərəliliyinin artırılması istiqamətləri”, i.f.d., a.e.i. K.P. Piriyev “Azərbaycan regionlarında tikinti materialları ehtiyatlarından istifadənin səmərəliliyinin artırılması istiqamətləri”, i.f.d., a.e.i. V.Z. Ramazanov “Azərbaycan regionlarının tarazlı sosial-iqtisadi inkişafının tənzimlənməsində kənd təsərrüfatının əhəmiyyətinin artırılması istiqamətləri”,i.f.d., a.e.i. M.Ə. Abdalova “Azərbaycan regionlarının tarazlı sosial-iqtisadi inkişafının tənzimlənməsində şəhərlərin əhəmiyyətinin artırılması istiqamətləri”, böyük elmi işçi S.X. Nəcəfli “Azərbaycan regionlarının tarazlı sosial-iqtisadi inkişafının tənzimlənməsinin təkmilləşdirilməsi “, böyük elmi işçi T.V. Məmmədov “Azərbaycan regionlarında ekoloji tarazlığın tənzimlənməsinin təkmilləşdirilməsi” mövzularında apardıqları tədqiqatlar üzrə hesabat veriblər. Məruzələr ətrafında geniş müzakirələr aparılmış, elmi nəticələrlə bağlı təklif və tövsiyələr verilmişdir.





