İnstitutunda “Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi” şöbəsində 2025-ci ildə həyata keçirilmiş elmi-tədqiqat planı işlərinin nəticələrinə dair hesabat iclası keçirilmişdir. Şöbə müdiri, i.e.d., professor Fuad Qənbərovun sədrliyi ilə keçirilən iclasda şöbə əməkdaşlarının illik hesabatları dinlənilmişdir.
Şöbənin 2025-ci il üzrə elmi tədqiqat mövzusu “Türk dövlətləri arasında iqtisadi əlaqələrin inkişaf istiqamətləri”dir.
Şöbənin əməkdaşları i.f.d. Ə.Sarıyev “Türk dövlətləri arasında investisiya qoyuluşlarının artırılması istiqamətləri”, i.f.d., dos. S.H.Abasova “İnovvasiya sahəsində Türk dövlətləri ilə əməkdaşlığın genişləndirilməsi istiqamətləri”, i.f.d., dos. G.X.Səmədova “Türk dövlətləri arasında turizm əlaqələrinin inkişaf perspektivləri”, i.f.d., dos. D.İ.Allahvediyev “Türk dövlətlərinin iqtisadi təhlükəsizlik sahəsində əlaqələrinin genişləndirilməsi istiqamətləri”, i.f.d. Ə.Q.Əliyeva “Türk dövlətləri arasında sənaye məhsulları üzrə idxal-irxac əməliyyatlarının artırılması istiqamətləri”, e.i. L.R.Serttaş “Türk dövlətləri arasında kənd təsərrüfatı məhsulları üzrə idxal-irxac əməliyyatlarının artırılması istiqamətləri” mövzularında apardıqları tədqiqatlar üzrə hesabat veriblər. Məruzələr ətrafında geniş müzakirələr aparılmış, elmi nəticələrlə bağlı təklif və tövsiyələr verilmişdir.





