Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə ETN İqtisadiyyat İnstitutunun Həmkarlar Təşkilatının sədri, dosent Pərviz Həsənov, aparıcı elmi işçilər Tanrıverdi Paşa, Emin Məmmədzadə və Mətanət Abdalova və digərləri çıxış edərək dövlət müstəqilliyinin əldə edilməsini xalqımızın həyatında mühüm əhəmiyyəti olan tarixi hadisə kimi qiymətləndiriblər. Müstəqillik illərində Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük bir inkişaf yolu keçdiyi, bütün sahələrdə köklü islahatların aparıldığı, ölkənin böhrandan çıxaraq davamlı və dayanıqlı tərəqqisinə nail olunduğu, dünya birliyində layiqli yer tutduğu xususi vurğulanıb. Qeyd olunub ki, həmin uğurlu siyasət bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizin iqtisadiyyatı inkişaf edir, müstəqilliyimiz daha da möhkəmlənir.
Alimlər çıxışlarında 1991-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nın tarixi əhəmiyyətindən danışıblar. Respublikamızda müstəqillik illərində keçilmiş şərəfli yola siyasi və iqtisadi cəhətdən nəzər salmaqla yanaşı, indiyədək əldə olunmuş siyasi, iqdisadi və sosial sahədəki nailiyyətləri qeyd ediblər (economics.org. az)





