Oktyabrın 3-də ETN İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasının iclasında Azərbaycan Texnologiya Universitetinin doktorantı Əliyeva Şəhla Yasin qızının 5311.01 – “Müəssisələrin təşkili və idarə olunması” ixtisası üzrə “Yüngül sənaye sahəsində investisiya siyasətinin müasir istiqamətləri” mövzusunda iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçirilib.
İclasda iddiaçı Ş.Əliyeva dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Rəsmi opponentlərin rəyi dinlənilib. İddiaçı ona ünvanlanmış sualları cavablandırıb. Şuranın üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb. Sonda dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurası tərəfindən təsdiqlənib (economics.org.az).





