Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Abdullayeva Bakı Biznes Universitetinin (BBU) doktorantları üçün tədqiqat metodları ilə bağlı təlimlər vermişdir.
Təlimlərdə doktorantlarla yanaşı Universitetin elmi işlər üzrə prorektoru və müəllim heyəti də iştirak etmişdir. R.Abdullayeva “Tədqiqat nədir və onun aparılması metodları”, “Emprik tədqiqat metodları” və “Sorğu tədqiqat metodları” mövzularında təqdimatlar etmişdir. Təlimlər interaktiv formada keçirilmişdir.





