İyunun 25-də ETN İqtisadiyyat İnstitutunda prof. Tərbiz Əliyevin sədrliyi ilə 5312.01 – “Sahə iqtisadiyyatı” ixtisası üzrə elmi seminar keçirilmişdir.
Seminarda Milli Aviasiya Akademiyasının doktorantı Musa Rzaqulu oğlu Hacıyevin iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “AZƏRBAYCAN RESPUBLİKASININ BEYNƏLXALQ İQTİSADİ İNKİŞAFINDA HAVA NƏQLİYYATININ SƏMƏRƏLİLİYİNİN ARTIRILMASI” mövzusunda dissertasiya işinin müzakirəsi aparılmışdır.
M.Hacıyev dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Sonra iş üzrə təyin olunmuş rəyçilərin rəyi dinlənilib. İddiaçı rəyçilərin və seminar üzvlərinin ona ünvanlanmış suallarını cavablandırıb. Seminar üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb. Sonda dissertasiya işi gizli səsvermə yolu ilə müdafiə mərhələsinə tövsiyə olunub (economics.org.az).





