İyunun 20-də ETN İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasının iclasında ETN İqtisadiyyat İnstitutunun doktorantı Rəhimova Nigar Rasim qızının 5311.01 – “Müəssisələrin təşkili və idarə olunması” ixtisası üzrə (Azərbaycanda özəl səhiyyə müəssisələrinin fəaliyyətinin dövlət tənzimləməsi mexanizminin təkmilləşdirilməsi) mövzusunda iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi üzrə müzakirəsi keçirilib.
İclasda iddiaçı N.Rəhimova dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Rəsmi opponentlərin rəyi dinlənilib. İddiaçı ona ünvanlanmış sualları cavablandırıb. Şuranın üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb. Sonda dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurası tərəfindən təsdiqlənib (economics.org.az).





