Türkiyənin Anadolu Universitetinin İqtisadiyyat və idarəetmə kafedrasının professoru Funda Rəna Adaçay iyunun 18-də ETN İqtisadiyyat İnstitutunda olub. Qonaq professor Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inklişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru Rəsmiyyə Abdullayeva ilə görüşüb.
Görüşdə müxtəlif sosial problemlər, o cümlədən qadınlar arasında yoxsulluq məsələləri, bu sahədə aparılan elmi tədqiqatlar müzakirə edilib. R.Abdullayeva Azərbaycanda yoxsulluq səviyyəsi, son illərdə onun azaldılması istiqamətində aparılan islahatlarla bağlı ətraflı məlumat verib. Funda Rəna Adaçay İqtisadiyyat İnstitutunun hazırladığı sosial təminat sisteminə dövlət müdaxiləsi səviyyəsinin ölçülməsi metodologiyası ilə tanış olub və gələcəkdə sosial sahədə ortaq tədqiqatların aparılmasını təklif edib. Gələcəkdə sosial sahədə birgə elmi tədqiqatların aparılması imkanları müzakirə edilib.





