Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) qərarı ilə ETN İqtisadiyyat İnstitutunun iki əməkdaşına – aparıcı elmi işi, dosent Yunus Sadıqova iqtisad elmləri doktoru, elmi işçi Aytən Əbdürrəhmanovaya isə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcələri verilib.
İyunun 5-də Ali Attestasiya Komissiyasında keçirilən tədbirdə onlara müvafiq diplomlar təqdim olunmuşdur.
Bu münasibətlə İqtisadiyyat İnstitutunun kollektivi adından əməkdaşlarımızı ürəkdən təbrik edir, gələcək elmi fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq!





