Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının təşkilatçılığı ilə “Sosial təminat qanunvericiliyinin tətbiqi problemləri” adlı ixtisasartırma təlimləri keçirilmişdir. Təlimlərdə Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru Rəsmiyyə Abdullayeva və həmin şöbənin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Vəfa Həşimova təlimçi kimi iştirak ediblər. Təlimlər Azərbaycan Həmkarlar İttifaqları Konfederasının yerli Həmkarlar Təşkilatlarının rəhbər işçiləri üçün keçirilib.
R.Abdullayeva “İnklüziv sosial müdafiə. Sosial siyasət”, “Sosial xidmət: çətin həyat şəraitində olan şəxslərin dairəsi, sosial xidmətin forma və növləri”, “İcbari tibbi sığorta”, “Tibbi yardımın növləri. Sanotoriya-kurort müalicəsi”, “Tibbi, sosial və peşə-əmək reabilitasiya”, V.Həşimova isə “Sosial təminat qanunvericiliyinin ümumi anlayışları, normativ aktlar və subyektlər”, “Məcburi dövlət sosial sığortası”, “Ailə, qadın və uşaqlara verilən sosial müavinətlərin növləri, şərtləri və məbləği. Ünvanlı dövlət sosial yardımı” mövzularında təlim keçiblər. Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.





