Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda əməkdaşların iştirakı ilə 1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan İnstitutun baş meneceri Şakir Alıyev mülki müdafiyənin əhəmiyyəti, ehtimal olunan fövqəladə hadisələr, fövqəladə halların qarşısının alınması sahəsində komissiya üzvlərinin üzərinə düşən vəzifələr, bu istiqamətində biliklərin daim təkmilləşdirilməsinin vacibliyi barədə danışıb.
İnstitutun Mülki Müdafiə Qərargahının rəisi Şövqi Xəlilov Mülki Müdafiə Günü ilə bağlı məruzə ilə çıxış edib. O, baş verə biləcək fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması və mülki müdafiə qüvvələrinin funksional vəzifələrinin icrası barədə danışıb, maarifləndirici xarakterli məlumatlar verib.
Toplantıda fövqəladə hadisələrin profilaktikasına həsr olunmuş maarifləndirici xarakterli video-rolik nümayiş olunub (economics.org.az)





