Fevralın 21-də ETN İqtisadiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) növbəti toplantısı keçirilib. Şuranın sədri, i.f.d Elnur Zeynalovun rəhbərliyi ilə keçirilən toplantıda gənc tədqiqatçıların elmi fəaliyyəti ilə bağlı bir sıra məsələlər müzakirə edilib.
İnstitutun elmi işçisi Mələk Əliyeva "Azərbaycanın sosial sığorta sistemində özəl-dövlət əməkdaşlığı fonunda həyat sığortaları" mövzusunda apardığı tədqiqat işi ilə bağlı təqdimatla çıxış edib. Mövzu ilə bağlı suallar cavablandırılıb, maraqlı müzakirələr aparılıb.
Sonra hər həftənin cümə günü olduğu kimi, şura üzvləri ingilis dilində "conversation club"da müzakirələr təşkil ediblər (economics.org.az).





