Fevralın 13-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Həmkarlar Təşkilatı (HT) Komitəsinin iclası keçirilib.
Həmkarlar Təşkilatının sədri, dos. Pərviz Həsənovun sədrliyi ilə baş tutan iclasda təşkilati məsələlər, o cümlədən mədəni-kütləvi tədbirlərin təşkili, maddi yardımlarla bağlı müraciətlər, əməkdaşların müalicə məqsədi ilə sanatoriyalara yollayışları, qarşıdan gələn 8 Mart və Novruz bayramı ərəfəsində nəzərdə tutulan tədbirlərlə bağlı məsələlər müzakirə olunub. (economics.org.az).





