10 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universiteti (NDU), Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutu və Ləzzət Qrup MMC-nin birgə təşkilatçılığı ilə NDU-da keçirilmiş “İxracyönlü sənayenin inkişafı: sənayeləşmə siyasəti və infrastruktur təchizatları" respublika elmi konfransın materialları çap olunub.
Kitabda konfransda iştirak etmiş ETN İqtisadiyyat İnstitutunun əməkdaslarının da məqalələri yer alıb: Nazim Müzəffərli, Allahyar Muradov “Azərbaycan bölgələrinin maliyyə özünəyetərliyinin qiymətləndirilməsi”, Fuad Qənbərov “Zəngəzur dəhlizinin Naxçıvan MR iqtisadiyyatına təsiri”, Famil Rüstəmov, Pərviz Həsənov “Azərbaycan Respublikasında ixracyönlü qida sənayesinin inkişafı və idxal əvəzləyici qida məhsulların istehsalının artırılması istiqamətləri”, Mahir Zeynalov “Naxçıvan Muxtar Respublikasında sənaye sektorunda sahibkarlığın inkişafı və tənzimlənməsi istiqamətləri”, Cavanşir Burhanzadə, Ənvər İsmayıllı “Azərbaycanın post-konflikt ərazilərinin nəqliyyat-logistika infrastrukturunun cənub-qərbi və cənubi asiya ölkələrinin əlaqələndirilməsində rolu: Bakı-Naxçıvan-Qars dəmiryolu xətti”, Əsmər Əliyeva “Azərbaycanın türk dövlətləri ilə sənaye məhsulları üzrə xarici ticarət əlaqələri”, Leyla Əfrasiyabzadə "Azərbaycanın Türkiyə, Qazaxıstan və Özbəkistan ilə kənd təsərrüfatı məhsulları üzrə xarici ticarət əlaqələri".





