Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri şöbəsinin aparıcı elmi işçisi, i.f.d., dosent Məzəddin Əyyubovun 2024-cü ildə Scopus elmi bazasına daxil olan jurnallarda ölkənin milli iqtisadiyyat sisteminin fəaliyyətinin makroiqtisadi ekonometrik modelləri ilə bağlı üç məqaləsi çap olunub.
Belə ki, “Ölkənin milli iqtisadiyyatının təhlükəsiz fəaliyyəti konsepsiyası” (Econometric Model of Cyclical Functioning of National Economy in the Long-Term Perspective. Lecture Notes in Networks and SystemsThis link is disabled, 2024, 1064 LNNS, pp. 137–145), “İnvestisiyaların minimum və maksimum hədlərinin qiymətləndirilməsinin ekonometrik modeli” (Econometric Model for Assessing Minimum and Maximum Thresholds of Investments. Lecture Notes in Networks and SystemsThis link is disabled., 2024, 1064 LNNS, pp. 239–247.), “Uzaq müddətli dövrdə milli iqtisadiyyatın silsilə fəaliyyətinin ekonometrik modeli” (The Concept of the Safe Functioning of the Country's National Economy. Lecture Notes in Civil EngineeringThis link is disabled, 2024, 540 LNCE, pp. 526–531) mövzusunda məqalələrlə aşağıdakı linkdən keçid etməklə Scopus bazasında tanış olmaq mümkündür.
https://www.scopus.com/authid/detail.uri?authorId=59297025400





