Yanvarın 24-də ETN İqtisadiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirilib. Şuranın sədri, i.f.d Elnur Zeynalovun rəhbərliyi ilə keçirilən toplantıda bir sıra təşkilati məsələlər müzakirə edilib.
İqtisadiyyat İnstitutunun kiçik elmi işçisi Ənvər İsmayıllı apardığı tədqiqat işi - "Rusiya-Ukrayna müharibəsinin Avropa İttifaqının Cənubi Qafqazda iqtisadi inteqrasiya siyasətinə təsiri" mövzusunda çıxış edib, suallar cavablandırılıb, maraqlı müzakirələr baş tutub.
Sonra hər həftənin cümə günü olduğu kimi, şura üzvləri ingilis dilində "conversation club"da müzakirələr aparıblar (economics.org.az).





