ETN İqtisadiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının ilk "Conversation club" - ingilis dilində danışıq klubu yaradılıb. Klubda müxtəlif mövzularda müzakirələr ingilis dilində aparılır.
Şuranın sədri, i.f.d. Elnur Zeynalov bildirib ki, hər həftənin sonuncu iş günü keçirilməsi nəzərdə tutulan bu tədbirə ingilis dilini təkmilləşdirmək arzusunda olan İqtisadiyyat İnstitutunun əməkdaşları qatıla bilərlər (economics.org.az).





