2024-cü ilin 23-24 may tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə keçirilmiş “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda keçirilən elmi-praktik konfransın materialları nəşr olunub.
Kitaba Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun əməkdaşlarının və doktorantlarının, o cümlədən prof. Rəna Sultanovanın “SUDAN SƏMƏRƏLİ İSTİFADƏ QLOBAL PROBLEM KİMİ”, dos. Mətanət Abdalova və i.f.d. Ellada Xankişiyevanın “İŞĞALDAN AZAD OLUNMUŞ ƏRAZİLƏRİN EKOLOJİ PROBLEMLƏRİ”, i.f.d. Firdovsi Şahbazovun “MEHRİBAN XANIM ƏLİYEVANIN ÜMUMBƏŞƏRİ DƏYƏRLİ YAŞILLAŞDIRMA MİSSİYASI”, Akşin Cəfərovun “DAĞ-MƏDƏN SƏNAYESİ MÜƏSSİSƏLƏRİNİN FƏALİYYƏTİNİN ƏTRAF MÜHİTƏ MƏNFİ TƏSİRİNİN AZALDILMASI”, Cavanşir Burhanzadənin “AZƏRBAYCANIN POST-KONFLİKT ƏRAZİLƏRİNDƏ “YAŞIL ENERJİ” SEKTORU ÜÇÜN XARİCİ İNVESTİSİYA MƏNBƏLƏRİ”, Səbinə Əsədovanın “RƏQƏMSALLAŞMA VƏ YAŞIL İQTİSADİYYAT – HEYDƏR ƏLİYEVİN İNNOVASİYA ƏSASLI SİYASƏTİNİN UĞURLU DAVAMI KİMİ”, Nigar Namiqin “İŞĞALDAN AZAD OLUNMUŞ ƏRAZİLƏRDƏ YAŞIL TURİZMİN İNKİŞAF PERSPEKTİVLƏRİ”, Cavid Abdullayevin “AZƏRBAYCANDA DÖRDÜNCÜ SƏNAYE İNQİLABI: TEXNOLOJİ İNKİŞAFIN TƏMİN OLUNMASI”, Şəlalə Əzizovanın “QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZURDA EKOLOJİ TURİZMİN MÖVCUD VƏZİYYƏTİ” adlı məqalə və tezisləri daxil edilib.
Konfransın materiallarının elektron variantını aşağıdakı linkdən keçid etməkıə əldə etmək mümkündür:
https://science.gov.az/uploads/pdf/894_1729081067.pdf





