Hörmətli həmkarlar!
16-17 noyabr 2023-cü ildə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və ETN İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilmiş “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfransın materialları çap olunmuşdur.
Kitabı əldə etmək istəyənlər İqtisadiyyat İnstitutunun Təchizat və sənədlərlə iş şöbəsinə müraciət edə bilərlər.
Əlaqə telefonları: 510 37 92; 539 31 12; 537 22 78





