Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya şöbəsinin müdiri, i.f.d., dosent Allahyar Muradov Tokat Gaziosmanpaşa Universitetində olub.
A.Muradov universitetin İqtisadiyyat və inzibati elmlər fakültəsinin dekanı, professor Rüştü Yayar və dekan yardımçısı prof. Yücel Erolla görüşüb, birgə tədqiqatların aparılması, elmi konfransların keçirilməsi, Türtk dövlətləri üçün aktual olan iqtisadi və sosial mövzularda onlayn seminarların təşkili, elmi jurnallarda məqalələrin nəşri və s. məsələlər müzakirə olunub. İkitərəfli əməkdaşlıq haqqında memorandumun imzalanması ilə bağlı razılıq əldə edilib.





