04-05 dekabr 2024-cü il tarixlərində Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun İnklüziv sosial inkişaf şöbəsinin müdiri, iqtisad elmləri doktoru Rəsmiyyə Abdullayeva ADA Universitetində keçirilən “Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin statistik və analitik potensialının gücləndirilməsi üzrə seminar”da iştirak edib.
Seminarda məcburi köçkünlərin qayıdışı ilə bağlı 4 istiqamət - qayıdış niyyətlələri, mənzil təminatı, sosial müdafiə və məşğulluq üzrə müzakirələr aparılıb. 2 gün davam edən tədbirdə R.Abdullayeva “Sosial müdafiə” istiqaməti üzrə müzakirələrdə moderator olub. Seminarda məcburi köçkünlərlə bağlı statistik və analitik bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflər səsləndirilib və müvafiq qurumlara təqdim olunacaqdır.





